“Kiyevin strategiyası şərqdə ərazilərin azad edilməsi və Rusiyanın Krımla quru yol dəhlizini dağıtmaq məqsədilə cənuba doğru irəliləməkdən ibarətdir…”
“Amerika məmurları Kiyevin ambisiyalarının onun imkanlarına uyğun olmadığına əmin olmaq üçün Ukrayna tərəfi ilə danışıqlar aparıb…”
Ukraynalıların əkshücuma başlamasının məhz nə zaman anons edəcəyi hələ bəlli deyil, lakin dünya Ukrayna ilə Rusiya arasında müharibənin nə ilə bitəcəyini gözləyir.
Moderator.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Bir həftədən artıqdır ki, hamı Pentaqonun sızan sənədlərini müzakirə edir, bu sənədlərdə bir çox dövlətlər və ABŞ-ın bu ölkələrinin dövlət quruluşunun formalaşmasında rolu xatırlanır. Bu sənədlərdə ən çox Ukrayna Rusiya ilə hərbi münaqişə kontekstində xatırlanır.
Sənədlərin son təhlili göstərir ki, ABŞ Ukraynanın əkshücumuna əmin deyil.
Belə nəticələr, sənədin tarixinə istinad etsək, 2023-cü ilin fevralında formalaşıb. Hesab edilir ki, əkshücumun uğuruna ruslar deyil, qoşunlar, döyüş sursatları və texnikanın toplanması kimi problemlər təsir edə bilər ki, bu da Ukrayna Silahlı Qüvvələrinin ilkin məqsədlərindən “xeyli geri qalmasına” gətirib çıxara bilər.
Qeyd etmək lazımdır ki, belə dəyərləndirmə Co Bayden administrasiyasının Ukrayna ordusunun döyüş qabiliyyəti haqqında açıq bəyanatlarına ziddir.
Kiyevin strategiyası şərqdə ərazilərin azad edilməsi və Rusiyanın Krımla quru yol dəhlizini dağıtmaq məqsədilə cənuba doğru irəliləməkdən ibarətdir.
Bununla yanaşı, Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın müdafiə istehkamları Ukrayna tərəfindən hazırlığın və döyüş sursatlarının çatışmazlığı ilə birlikdə irəliləyişi çətinləşdirə və hücum zamanı hərbçilər arasında qurbanların sayını artıra bilər.
Sənəddə ifadə edilən məlumat agentura və radiotexnika kəşfiyyatının köməyilə, mümkündür ki, Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin istifadə etdiyi məxfi metodlardan istifadə etməklə əldə edilib.
Amerika məmurları Kiyevin ambisiyalarının onun imkanlarına uyğun olmadığına əmin olmaq üçün Ukrayna tərəfi ilə danışıqlar aparıb.
Danışıqlar martın ortalarında Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Mark Milli ilə prezidentin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sellivan, müdafiə naziri Lloyd Ostin və onların həmkarları ilə telefon danışıqları zamanı baş tutub.