Laçın və Kəlbəcər yaylaqlarına köç etmək istəyənlərin nəzərinə

 

Kənd Təsərrüfatı Nazirliyi Laçın və Kəlbəcər yaylaqlarına köçlə əlaqədar məlumat yayıb. 

Nazirliyin məlumatını təqdim edirik:

  1. Laçın və Kəlbəcər rayonlarına köç Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının fermerləri üçün nəzərdə tutulmuşdur.
  2. Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçiriləcəkdir.
  3. Arı ailəsinin sayı – 40 və daha artıq.
  4. Xırdabuynuzlu heyvanların sayı – 200 baş və daha artıq.
  5. Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır.
  6. Köç edəcək fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə DAİM-ə müraciət etməlidir.

İşçi sayına məhdudiyyətlər

  • Arı ailəsi üçün
    • 40-80 arı ailəsi üçün – Qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • 81-120 arı ailəsi üçün – Qrup rəhbəri və 7 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • 120+ arı ailəsi üçün – Qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
  • Xırdabuynuzlu heyvanlar üçün
    • İribuynuzlunun sayı xırdabuynuzlunun sayının1/10-dən çox olmamalıdır.
    • XBH 200-350 baş üçün Qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 351-500 baş üçün Qrup rəhbəri və 6 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 501-650 baş üçün Qrup rəhbəri və 7 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 651-800 baş üçün Qrup rəhbəri və 8 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 801-950 baş üçün Qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 951-1100 baş üçün Qrup rəhbəri və 10 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1101-1250 baş üçün Qrup rəhbəri və 11 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1251-1400 baş üçün Qrup rəhbəri və 12 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1401-1500 baş üçün Qrup rəhbəri və 13 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1551-1700 baş üçün Qrup rəhbəri və 14 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1701-1850 baş üçün Qrup rəhbəri və 15 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1851-2000 baş üçün Qrup rəhbəri və 16 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 2001-2500 baş üçün Qrup rəhbəri və 18 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 2501-3000 baş üçün Qrup rəhbəri və 20 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 3000+ baş üçün Qrup rəhbəri və 22 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)

Yaylaqlara köçlə əlaqədar fermerlər qarşısında qoyulan əlavə şərtlər:

  1. Heyvanların yaylağa köçürülməsindən əvvəl çimizdirilmə qəbzinin köç portalına yüklənməsi;
  2. DAİM və HSBXİ-nin birgə məlumat vərəqəsinin portala yüklənməsi; (məlumat vərəqəsi əlavə olunur)
  3. Təsərrüfatın təyinat nöqtəsinə nəqliyyat vasitəsi ilə daşınması;
  4. Helmintozlara qarşı (qurd xəstəliklərinə) tədbirlərin aparılması.(turkustan.az)

 

Share: