“ABŞ sızan sənədlərin mənbəyini tapmaq üçün hər daşın altına baxacaq”.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Pentaqon “məxfi sənədlərin” sızmasına çox ciddi yanaşır və sızmanın mənbəyini tapana qədər axtarış aparacaq”, – deyə o qeyd edib.
Eyni zamanda, Ostin istintaqın davam etdiyi müddətdə bu mövzu ilə bağlı spekulyasiya etməyəcəyini bildirib.