Fuad Bayramov: “Milli komandadan dəvət gözləyirdim”

Fuad Bayramov: “Milli komandadan dəvət gözləyirdim”

“Milli komandadan dəvət gözləyirdim”.

Bunu “Şamaxı” klubunun futbolçusu Fuad Bayramov deyib.

25 yaşlı cinah yarımmüdafiəçisi bildirib ki, hər bir oyunçu yığmanın şərəfini qorumaq istəyir: “Mən də millinin formasını qürurla geyinmək arzusundayam. Bunun üçün üzərimdə çox işləyirəm. Hər zaman hazıram. Hətta əlimdən gələnin artığını etməyə çalışacağam ki, dəvət alanda yaxşı formada olum”.(report)

Mənbə

Share: