Türkiyə və İsrail XİN başçıları telefonla danışdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Məscidül-Əqsada baş verən son hadisələr müzakirə olunub.

 

Çavuşoğlu, srail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kəsin Məscid-i Əqsaya girməsinə icazə verməməsi qərarını gərginliyin azaldılması baxımından müsbət qarşıladığını ifadə edib.

 

Mənbə

Share: