ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Azərbaycan və Ermənistan arasındakı problemlərin dinc, hərtərəfli və dayanıqlı nizamlanmasını hədəfləyirik”, – Osmani qeyd edib.
Xatırladaq ki, Osmani bu gün Azərbaycana səfər edib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. ATƏT sədri bundan əvvəl Gürcüstanda olub, daha sonra Ermənistana səfər edəcək.