Kılıçdaroğlunun şəkli Babacanınkından böyük olsun

Türkiyənin sabiq XİN başçısı Ali Babacanın sədrlik etdiyi, “Millət İttifaqı”na daxil olan DEVA partiyasının rəhbərliyindən yerli partiya təşkilatlarına seçkilərlə bağlı xüsusi göstəriş verilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə partiya sədrinin müavini İdris Şahin məlumat verib.

 

Onun sözlərinə görə, bütün vilayət və rayon təşkilatlarına partiyanın qərargahlarına sədr Babacanın şəklindən daha böyük formada prezidentliyə namizəd Kemal Kılıçdaroğlunun şəklinin asılması barədə tapşırıq çatdırılıb.

 

Qeyd edək ki, Türkiyədə həm prezident, həm də parlament seçkiləri 14 mayda keçiriləcək.

Mənbə

Share: