Ukraynada məğlubiyyət Qərbin “qızıl dövr”ünün sonu ola bilər

Ukraynada məğlubiyyət Qərbin “qızıl dövr”ünün sonunun başlanğıcı ola bilər.

Bunu ABŞ-da səfərdə olan Polşa Baş naziri Mateuş Moravietski Atlantik Şurada keçirilən görüşdə çıxışı zamanı deyib.

“Əgər biz Ukraynanı itirsək onillər boyunca sülhü itirəcəyik. Ukraynada məğlubiyyət Qərbin “qızıl dövr”ünün sonunun başlanğıcı ola bilər. Ukraynanın qələbəsi isə həm bizim iqtisadi gücümüzün bərpasının, həm də gücləndirilməsinin zəmanətidir”, – o deyib.

Baş nazir əlavə edib ki, hazırda Ukraynadakı müharibə ilə əlaqədar Qərb ölkələri üç düşərgəyə bölünüblər və onların hamısı Kiyevin qələbəsini eyni dərəcədə arzulamır.

“Ukraynada müharibənin nəticəsi ilə əlaqədar olaraq demokratiyalar azı üç düşərgəyə bölünüblər. Bunlardan birincisi ingiliscə danışanların düşərgəsi, ikincisi Macarıstan istisna olmaqla Mərkəzi və Qərbi Avropa ölkələri və üçüncü düşərgə qərbi Avropanın digər ölkələri – xüsusilə də Almaniya və Fransa. Putinin kollektiv qərb adlandırdığı ölkələrin hamısı Ukraynanın qalib gəlməsini istəyirlər, lakin eyni dərəcədə yox. Polşa Rusiyanı yaxşı tanıyır. Biz Rusiya ilə əsrlər boyunca müharibə aparmışıq. Bizim Rusiya ilə ilk ciddi müharibəmiz 1492-ci ildə, Kolumb yeni dünyanı kəşf edərkən olub. Ona görə də biz nə gözləmək lazımdır bilirik. Rusiya dövlətinin nə ukraynalıların həyatına, nə də öz vətəndaşlarının həyatına hörməti var”, – deyə Moravietski bildirib.

Mənbə

Share: