Ruslar yenə Xersonu vurdu – Qadınlar öldü

Ruslar yenə Xersonu vurdu – Qadınlar öldü

Rusiya ordusu Xersona növbəti dəfə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.

 

Bildirilib ki, zərbələr nəticəsində 2 qadın ölüb.

 

“Rusların Xersonu atəşə tutması nəticəsində bu gün iki qadın həlak olub”, – Yermak sosial şəbəkə hesabında yazıb. O, digər təfərrüatları açıqlamayıb.

 

Mətbuatda zərbələr nəticəsində yaralıların da olduğu qeyd edilib.

Mənbə

Share: