
Almaniyanın şərqində yerləşən Drezdendə tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba tapılıb.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bombanın zərərsizləşdirilməsindən əvvəl yerli hakimiyyət orqanları 15 min insanı təxliyə edib. Yerli vaxtla saat 14:18-də bomba zərərsizləşdirilib,
Qəzet yazır ki, zərərsizəşdirmə əməliyyatı zamanı bir neçə qatar və avtobus reysi gecikib. 250 kiloqramlıq partlamamış bomba ABŞ-a məxsus olub.