“İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır”

“İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır”

Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

Bu barədə o “Telegram” kanalında paylaşım edib.

“Ermənistan həmişə olduğu kimi öz rolundadır. Azərbaycandan ağır atletlərinin də iştirak etdiyi Dünya çempionatının rəsmi açılış mərasimində Aram Nikolyan çirkin və alçaq fənd edib”, – deyə o bildirib.

İqor Korotçenko bildirib ki, İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır.

Mənbə

Share: