Ermənistan bu dəfə də idmanı siyasətə qatıb

Ermənistan bu dəfə də idmanı siyasətə qatıb

“Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb”.

 

Modern.az xəbər verir ki, bunu İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov (73 kq) deyib.

 

“Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyildi. Bayrağımız hər şeydən ucadır. Buradan bütün millətimizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizə, vitse-prezidentimizə təşəkkürümüzü bildiririk ki, bizə bu cür qayğı göstərdilər, Vətənimizə qaytardılar”, – o bildirib.

Mənbə

Share: