10 gün əvvəl radardan itən helikopterin ekipaj üzvləri ölü tapıldı

10 gün əvvəl radardan itən helikopterin ekipaj üzvləri ölü tapıldı

Yaponiyada radarlardan itən hərbi helikopterin ekipaj üzvlərindən 5-i ölü tapılıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Okinavanın cənubunda 10 gün əvvəl yoxa çıxan Yaponiya Quru Qoşunlarına aid hərbi helikopterlə bağlı axtarışlar davam etdirilir.

 

Dənizin dibindən tapılan 5 ekipaj üzvünün meyiti ilə yanaşı, helikopterin bir neçə detalı da aşkar olunub. Helikopterdə ümumilikdə 10 ekipaj üzvü olub. Hazırda digər ekipaj üzvlərinin də tapılması istiqamətində işlər görüldüyü qeyd edilib.

Mənbə

Share: