
Tatarıstan paytaxtında tank poliqonunda baş vermiş partlayışda çoxlu insanın həlak olduğu və yaralandığı iddia edilir…
Rusiyanın Qazan şəhərinin cənub hissəsində partlayışlar baş verib və səmanı tüstü dumanı bürüyüb.
Moderator.az xəbər verir ki, bu barədə “nv.ua” nəşri məlumat yayıb.
Rusiyanın Qazan şəhərinin tank poliqonunda aprelin 15-də baş vermiş partlayışların şahidləri təxminən 30 nəfərin həlak olduğu, 70 nəfərin yaralandığı barədə məlumat verib.
Bu arada isə sosial şəbəkələrdə yayılan Qazan sakininin çəkdiyi videoda evlər və ağaclar üzərindən böyük tüstü dumanının qalxdığı görünür.
Videonu şərh edən kişi deyir ki, yerli poliqonda döyüş sursatları partlayıb.
“30 nəfər dərhal həyatını itirib, 70 nəfər zərər çəkib. Fövqəladə Hallar Nazirliyi hamılıqla səfərbər edilib. Mən də yola çıxmışdım, orada güclü partlayış olduğunu gördüm”, – video müəlıifi deyib.
Yerli sakinlər deyib ki, tank poliqonu rayonunda, şəhərin cənub hissəsində güclü partlayış eşidib.
Bəziləri bəyan edir ki, aralarında xeyli fasilə ilə iki partlayış baş verib.
Bu arada isə Tatarıstanın təcili xidmətləri bəyan edib ki, şəhərin cənubunda hər hansı partlayış və yanğınlar barədə onlara məlumat daxil olmayıb.