Anam öləndə Kılıçdaroğlu İğdıra gəldi, amma Bahçeli…

Anam öləndə Kılıçdaroğlu İğdıra gəldi, amma Bahçeli…

Türkiyə prezidentliyinə “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğan anasının vəfatı ilə bağlı xatirəsini bölüşüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğan anasının Milliyyətçi Hərəkat Partiyasından (MHP) deputat olduğu dönəmdə dünyasını dəyişdiyini xatırladıb.

 

“MHP-dən millət vəkili idim. Anam öləndə Kılıçdaroğlu İğdırdakı evimə qədər gəldi. Amma Bahçeli zəng də eləmədi”, – deyə o bildirib.

 

Qeyd edək ki, Oğan 2017-ci ildə MHP sıralarından xaric olunub. Hər ikisi prezidentliyə namizəd olan Sinan Oğanla Kemal Kılıçdaroğlu hazırda rəqibdirlər.

Mənbə

Share: