Zelenski Belarusla sərhəd vilayətə getdi 

Zelenski Belarusla sərhəd vilayətə getdi 

Ukrayna Prezidenti Volodimir Zelenski Belarusla sərhəddə yerləşən Jitomir vilayətinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb.

 

O, səfər zamanı Belarusla dövlət sərhədinin möhkəmləndirilməsini müzakirə edib.

 

“Jitomir vilayətində keçirilən koordinasiya görüşündə bir çox mühüm məsələlər müzakirə olunub”, – Zelenski yazıb.

 

O, həmçinin əlavə edib ki, görüş zamanı qurudan müdafiə bölmələrinin hazırlıq vəziyyəti, hərbi hissələr və hücum qoşunları üçün şəxsi heyətin yenidən hazırlanması və ixtisasartırma hazırlığı barədə məlumatlar dinlənilib.

Mənbə

Share: