Pakistanda leysan yağışları daşqına səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Regional Fəlakət İdarəetmə İdarəsi məlumat yayıb.
Daşqın zamanı 5 nəfər həyatını itirib. Ölüm hadisələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan vilayətində qeydə alınıb.
Güclü yağış səbəbindən Bəlucistanda nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb, iki əsas yolun bağlanması nəticəsində vilayətin digər ərazilərlə əlaqəsi kəsilib.