Oliqarx partiya lideri Paşinyanın baş nazir seçilməsinə dəstək verməsinə görə təəssüflənmir…

Oliqarx partiya lideri Paşinyanın baş nazir seçilməsinə dəstək verməsinə görə təəssüflənmir…

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın sözlərinə görə,  5 il əvvəl bu gün Milli Assambleyada Nikol Paşinyanın baş nazir seçilməsinə dəstək verməsinə təəssüflənmir.

 

Moderator.az xəbər verir ki,  “Aykakan Jamanak”ın yaydığı məlumata görə,  “eşşək” ləqəbli erməni oliqarx siyasətşi və keçmiş deputat jurnalistlərin sualını cavablandırarkən belə deyib: “Nəyə peşman olmalıyam? Nəsə dəyişdi? Ölkənin təhlükəsizliyi, rifahı dəyişdi?”

 

Tsarukyan da ona qarşı irəli sürülən guya seçkilər zamanı seçicilərə rüşvət verməsi haqda ittihamı qəbul etmir. “Mən günahkar olsaydım, iddia müddəti keçib, razılaşardım ki, iddia müddətinə görə işə xitam verilsin. 5 ildir ki, eyni şeyi deyirəm”.

 

Xəbərdə qeyd edilir ki, bu gün -mayın 8-də Ermənistan  Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində hakim Aram Qriqoryanın sədrliyi ilə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyan və “Multi Group Concern” MMC-nin direktoru Sedrak Arustamyana qarşı işin istintaqı başlayıb. .

 

Tsarukyan və Arustamyan 2017-ci ildə parlamentə seçkilər zamanı seçicilərə rüşvət verməkdə ittiham olunurlar .

 

Sultan Laçın

 

Mənbə

Share: