
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başa çatıb.
Bu barədə Modern.az-a Türkiyənin ölkəmizdəki səfirliyindən bildirilib.
Məlumata görə, Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malik olub.
Qeyd edək ki,ölkə üzrə 3 seçki məntəqəsində (Bakıda səfirlik, Gəncə və Naxçıvanda konsulluq binalarında) 15 seçki qutusu qurulub.
Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində səs vermək üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5,6,7 may tarixlərində səsvermədə iştirak edib.