Rusiyaya qarşı 11-ci sanksiya paketi hazırlandı

Rusiyaya qarşı 11-ci sanksiya paketi hazırlandı

Avropa Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketi layihəsini təsdiqləmək üçün üzv ölkələrə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

 

O bildirib ki, Avropa Komissiyası 11-ci sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb.

 

Erik Mamer əlavə edib ki, Daimi Nümayəndələr Komitəsində (COREPER) səfirlərin ilk müzakirəsi mayın 10-da keçirilməlidir. Lakin mətbuat xidmətinin rəhbəri sanksiyaların məzmununu şərh etməkdən imtina edib.

Mənbə

Share: