Azərbaycandakı seçki bülletenləri Türkiyəyə göndərildi

Azərbaycandakı seçki bülletenləri Türkiyəyə göndərildi

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının istifadə etdikləri seçki bülletenləri Ankaraya göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat yayıb.

 

“Bakıdan yola çıxan millətin iradəsini əks etdirən bülletenlər bizim YSK-ya (Ali Seçki Şurası – red.) çatdırıldı. Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, – o qeyd edib.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri üçün ölkə xaricində səsvermə prosesi 27 aprel tarixindən start götürüb.

Mənbə

Share: