Həştərxanda Azərbaycanın və Həştərxan vilayətinin incəsənət ustalarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirin açılışında Heydər Əliyevin regionlararası əlaqələrin, xüsusən də Rusiyanın Həştərxan vilayəti ilə əlaqələrin inkişafında böyük rolu vurğulanıb.
Həmçinin qeyd olunub ki, Həştərxan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirir və ona hörmətlə yanaşır – onun xatirəsinə konsertlər, müsabiqələr, konfranslar və digər tədbirlər keçirilir.
Konsertdə Azərbaycan və rus dillərində mahnılar səsləndirilib, Azərbaycan və Rusiyanın folklor qrupları milli rəqslərlə çıxış ediblər.