“Rusiya olmasaydı, Stepanakert  bu gün olduğu formada qalmayacaqdı”

“Sülhməramlılar komendantlıq olduğu və orada qərarların qəbul olunduğu müharibədən sonrakı Almaniyadakı kimi işğalçı qüvvə deyillər…”

“Getdikcə çətinləşən şərtlərə baxmayaraq, aydın başa düşmək lazımdır: əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı”.

Millətin Səsi.az xəbər verir ki, bu açıq müstəmləkəçi, şovinist xislətli bəyanatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində Ermənistanın siyasi və informasiya dairələrində Rusiya sülhməramlı kontingentinə qarşı tənqidi bəyanatları şərh edərkən verib.

“Mən başa düşürəm ki, əhalidə müəyyən məyusluq hissi var, nəzərə alsaq ki, hansısa zorakı hərəkətlər baş verir, indi Laçın dəhlizi bağlanıb… Rusiya əvvəlcədən bu məsələdə tam aydın mövqe bildirib – bu, üçtərəfli bəyanatla ziddiyyət təşkil edir”, -deyib Kopirkin.

Onun sözlərinə görə, daimi iş gedir, o cümlədən hazırda: sülhməramlı kontingentin yeni rəhbərliyi bu problemi həll etmək üçün hər şeyi edir.

Səfir haykları başa düşməyə çağırır ki, “sülhməramlıların funksiyaları məhduddur, onlar siyasətçi, ali arbitr deyillər”.

“Sülhməramlılar komendantlıq olduğu və orada qərarların qəbul olunduğu müharibədən sonrakı Almaniyadakı kimi işğalçı qüvvə deyillər. Sülhməramlıların funksiyaları tamamilə fərqlidir. Mən tam əminəm ki, ən vacib halda sülhməramlılar öz funksiyalarını layiqincə yerinə yetirirlər. Bəyanatı imzalayan hər üç tərəfin iştirakı ilə siyasi həllini tələb edən problemlərin ortaya çıxması başqa məsələdir. Birgə səylər olmalıdır, məhz bunun əsasında Rusiya Federasiyası bu problemlərin həlli üçün daim çalışır. Bu, asan deyil, amma iş davam edir”, – deyə işğalçı ölkə səfiri ermənilərin boynuna münnət qoyaraq vurğulayıb.

 

Mənbə

Share: