
Azərbaycan Respublikasının Şuşa rayonunun müvəqqəti(!) olaraq Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarətnində qalan və 30 illik erməni işğalı sayəsində sivilizasiyadan uzaq bir kəndə çevrilmiş Turşsu qəsəbəsində qanunsuz məskunlaşmış hayklar kənddə bankomat olmadığından və guya nə Xankəndinə, nə də Gorusa getməyin qeyri-mümkünlüyü səbəbindən pullarını nağd şəkildə çıxara bilmirlər.
Moderator.az xəbər verir ki, bu barədə NEWS.am- a açıqlamasında ermənilərin və “sülhməramlı”ların “Lesaqor” adlandırdıqları kəndin qanunsuz başçısı Qaqik Nəsibyan danışıb.
Xatırladaq ki, aprelin 30-da Ermənistana gedib-gələn haykların sənədləri düzgün olduğu halda Laçında -sərhəddəki Həkəri çayı körpüsündə sərhəd-keçid məntəqəsindən sərbəst istifadə etdiklərini əks etdirən videolar yayılmışdı…
Onu da bir daha vurğulayaq ki, 1988-ci ilədək, yəni separatçılar Moskvanın dəstəyi ilə Qarabağda münaqişəni başlananadək Şuşa rayonunun Turşsu qəsəbəsində bir nəfər də erməni yaşamayıb…
Sultan Laçın