
“Şərqi Avropada baş verənlər burada, Sakit okean regionundakı vəziyyətə birbaşa təsir göstərir…”
“NATO dünyada öz təsirini genişləndirməkdə davam edir…”
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Yaponiyanı regional təhlükəsizlik məsələsinə yenidən baxmağa vadar edib.
Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yösimasa Hayaşi CNN telekanalına müsahibəsində bəyan edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Yaponiyanı Sakit okean regionunda təhlükəsizlik məsələsinə yenidən baxmağa vadar edib. Bu ölkə Asiyada ilk dəfə olaraq NATO-nun əlaqə ofisini açmaq barədə danışıqlar aparır.
O, qeyd edib ki, məsələnin detalları hələ razılaşdırılmayıb.
“Şərqi Avropada baş verənlər Şərqi Avropa məsələsi ilə məhdudlaşmır, bu, burada, Sakit okean regionundakı vəziyyətə birbaşa təsir edir. Məhz buna görə də bizim Şərqi Asiya ilə NATO arasında əməkdaşlıq getdikcə daha vacib əhəmiyyət kəsb edir”, – nazir deyib.
O, əlavə edib ki, Yaponiya NATO müqaviləsinin üzvü deyil, lakin bu addım Asiya-Sakit okean regionundakı tərəfdaşlar NATO ilə “çox dayanıqlı qarşılıqlı əlaqədə olduğunu” göstərir.
CNN qeyd edir ki, getdikcə dərinləşən geosiyasi ixtilaflar fonunda NATO-nun Asiyada əlaqə ofisinin açılması, ehtimal ki, əvvəllər bu addımdan çəkinmək barədə xəbərdarlıq edən Çin hökumətinin tənqidilə üzləşəcək.
NATO-nun genişləndirilməsi
NATO dünyada öz təsirini genişləndirməkdə davam edir. Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra İsveç və Finlandiya Alyansa qoşulmaq barədə bəyan edib.
Aprelin əvvəlində Finlandiya rəsmən Alyansın üzvü olub, beləliklə, NATO-nun Rusiya ilə sərhəddi iki dəfə uzanıb. Həmçinin məlumat verilib ki, Finlandiya öz ərazilərində ABŞ hərbi bazalarının yerləşdirilməsi haqqında danışıqlar aparır.
Həmçinin aprelin sonunda Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, Gürcistan NATO-ya inteqrasiya etmək üçün səylərini əsirgəməyəcək.
Ukrayna 2022-ci ilin sentyabrında sürətləndirilmiş prosedur üzrə NATO-ya daxil olmaq haqqında sorğu təqdim edib. Lakin ekspertlərin fikrincə, müharibə bitməyənədək bunu etmək mümkün olmayacaq. Bu zaman Alyans Ukraynaya işğalçılara qarşı mübarizədə xeyli dəstək göstərir.