“Heç Hitler faşist Almaniyasında ermənilərin bu gün əldə etdiyi 99,9 faizlik göstəriciyə nail ola bilməmişdi…”

“Heç Hitler faşist Almaniyasında ermənilərin bu gün əldə etdiyi 99,9 faizlik göstəriciyə nail ola bilməmişdi…”

İlham Əliyev son çıxışında dedi ki, Ermənistan əhalisinin 99.9 faizi ermənilərdən ibarətdir. Bu isə faşizm deməkdir…

 

Niyə bu məqamı vurğulayıram? Çünki bu barədə mən dəfələrlə yazmışam. “Qızıl kimi ermənilər” yazımda qeyd etmişəm ki, Ermənistana qonşu olan Türkiyə, İran, Azərbaycan, Gürcüstan, hətta yaxın Rusiyada əhali etnik baxımdan rəngarəngdir. Yalnız Ermənistanda tam fərqli mənzərə ortaya çıxır. Niyə? Çünki ermənilər Ermənistanda digər xalqların yaşamasına imkan vermir. Ancaq özləri dünyanın əksər ölkələrində yaşayırlar….

 

Düşünürəm ki, İlham Əliyevin bu məqama toxunması yaxşı haldır. Ancaq bu, azdır. Bütün beynəlxalq tribunalardan bu fakt dönə-dönə vurğulanmalıdır. Beynəlxalq mediaya çıxışı olan yazarlar da bu faktı önə çıxarmalıdır. Çünki bu fakt ermənilərin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur.

 

“Qızıl kimi ermənilər” yazısında onu da qeyd etmişdim ki, heç Hitler faşist Almaniyasında ermənilərin bu gün əldə etdiyi 99,9 faizlik göstəriciyə nail ola bilməmişdi…

 

Elbəyi Həsənli,

İsveçrədə yaşayan tanınmış jurnalist

 

Mənbə

Share: