Posted in Aktual, Xəbər xətti Fuad Mayılov Sumqayıta rəis göndərildi Admin September 4, 2019 09:36 Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə (“MERO”) yeni rəis təyin olunub. Milletinsesi.az bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general Vilayət Eyvazovun əmri ilə bu vəzifə Fuad Mayılova həvalə edilib. Bu təyinata qədər Fuad Mayılov uzun illər “Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb. Onun yerinə hələ ki təyinat olmayıb. Xəbəri Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsindən təsdiqləyiblər.