BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

“Düdelanj” – “Qarabağ” oyununa biletin qiyməti – 150 avro


“Düdelanj”ın Avropa Liqasının qrup mərhələsində APOEL,”Qarabağ” və “Sevilya” ilə “Jozi Bartel” stadionunda keçiriləcək ev oyunları üçün biletlərin qiyməti açıqlanıb.

Milletinsesi.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, qiymətlər sektorlardan asılı olaraq 75, 100 və 150 avro arasında dəyişəcək.

Əvvəlcə sentyabrın 13-də “Qızıl kart”, abunə və ya üzvlük kartı olanlar üçün bilet satışı başlanacaq. Qalan biletlər isə sentyabrın 14-ü satışa çıxarılacaq.

Xəbərdə həmçinin klub rəhbərliyinin “Sevilya” və “Qarabağ”la səfər matçlarına  azarkeş aparmağı planlaşdırdığı vurğulanıb. Bununla bağlı məlumat veriləcəyi bildirilib.