PSJ və “Monako”dan Notr-Dama dəstək

Fransa Liqasının 33-cü turunda sabah keçiriləcək PSJ – “Monako” oyununda komandalar meydana xüsu forma ilə çıxacaq.

Milletinsesi.az Fransa mətbuatına istinadən xəbər verir ki, klublar bir neçə gün əvvəl yanan Notr-Dam kilsəsinə dəstək məqsədilə bu addımı atıb. Futbolçular kilsənin xüsusi rəmzi olan köynəklər geyinəcəklər.

Həmçinin, matça Parisin məşhur kilsəsində baş vermiş yanğının söndürülməsində iştirak etmiş 500 xilasedici dəvət edilib. Onlardan ikisi topa simvolik olaraq birinci zərbəni endirəcəklər.

Share: