Naxçıvana hərbi prokuror təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Belə ki, Naxçıvan hərbi prokuroru vəzifəsini icra edən Aqil Axundov həmin vəzifəyə təyin edilib.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.