API-nin hesabatı neftin 1 % bahalaşmasına səbəb olub

ABŞ-da “qara qızıl”ın ehtiyatlarının gözlənilməz həftəlik azalması fonunda dünya bazarında neftin qiyməti artıb.

Şimal dənizində hasil olunan “Brent” markalı neftin iyul fyuçersləri 1,03 % bahalaşaraq 1 bareli 77,63 ABŞ dollarına satılıb. “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,18 % artıb və 1 bareli 73,77 ABŞ dolları təşkil edib.

Amerika Neft İnstitutunun (API) hesablamalarına görə, mayın 19-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın ehtiyatları 6,8 milyon barel azalıb. Analitiklər isə ehtiyatların 0,5 milyon barel artacağını proqnozlaşdırırdılar.

Mənbə

Share: