Ərzağın qiyməti 20 faiz artıb

“Azərbaycanda 2022-ci ildə qiymətlər 13,9 faiz, ərzaq qiymətləri isə 20 faiz artıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

 

“Ölkədə çox işlənən ərzaq məhsullarının qiyməti bir neçə dəfə yüksəkdir. Bizdə inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur. Nazirlər Kabinetinin hesabatından tutmuş bütün rəsmi hökumət dairələrinin hesabatlarında inflyasiyanın bir amili – idxal inflyasiyası öyrənilir. Bu yumşaq desək, yarımçıq xarakter daşıyan məsələdir”,- deyə deputat bildirib.

Mənbə

Share: