Deputatdan yaşı 65-i keçən müəllimlərlə bağlı TƏKLİF

“Bəzi məktəblərdə müəllimlər pensiyaya çıxanda onların fənlərini qeyri-ixtisas sahibləri tədris edir”.

 

Modern.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

 

“Biz özümüzə sual verməliyik, 65 yaşı çatıb pensiyaya çıxan müəllim o fənni yaxşı tədris edər, yoxsa qeyri-ixtisas sahibi? Hesab edirəm ki, onların müqavilələrinin müddətinin artırılmasında fayda var. Təbii ki, həmin yerə yeni kadrlar gələndə, müqavilənin müddəti dayandırıla bilər” – deyə deputat qeyd edib.

Mənbə

Share: