“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra – Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, CİFP prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçimizin adına şəxsi məktub göndərib. Məktubda qeyd olunur:
“Cənab Qurban Qurbanovun diqqətinə.
Budapeşt, 23 may 2023-cü il.
Hörmətli, Qurban Qurbanov.
Böyük fəxarətlə Sizə bildirirəm ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Şurası (CIFP) Sizi nominasiyalar əsasında mükafatlandırmaq qərarına gəlib:
İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinizin tanınması üçün “Jean Borotra – Karyera” kateqoriyasında Dünya Fair Play Diplomu.
CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminin keçirilməsi planlaşdırılır və Sizi orada iştiraka dəvət etməkdən məmnunam. Tədbir Qala şam yeməyi ilə davam edəcək. Yaxın zamanda təfərrüatlar sizə bildiriləcək…
Hörmətli, cənab Qurban Qurbanov, icazə verin, Sizi gözəl Fair Play ruhunuza görə təbrik edim. Sizinlə görüşü səbirsizliklə gözləyirəm. Ən xoş diləklərimlə”.