“Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas iş sahələrində birgə layihələr həyata keçirməyə hazırdır”.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.
“Aİİ və üçüncü ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi İttifaqın dünya iqtisadiyyatına inteqrasiyasına yeni təkan verəcək. İranla əməkdaşlığın inkişafının yüksək dinamikasını nəzərə alaraq, Tehran və Aİİ arasında azad ticarət zonası haqqında sazişin qüvvəyə minməsi, eləcə də onun sonradan həyata keçirilməsi üzv ölkələr üçün prioritet vəzifələrdəndir. Hindistan və Misir ilə perspektivli sahələrdə iş, eləcə də BƏƏ və İndoneziya ilə iqtisadi gündəm üzrə hərtərəfli dialoqun inkişafı İttifaqın dünya iqtisadiyyatına inteqrasiyası prosesinə əlavə təkan verəcək”, – deyə o bildirib.