Paşinyan qorxur, bu gün saziş olmayacaq – Rusiyadan reaksiya

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Moskvada bir araya gələcək tərəflər sülh gündəliyini müzakirə edəcəklər. 

 

Brüsseldən sonra Rusiyada təşkil olunan görüşdən gözləntilər nələrdir? Moskvada bu haqda nə düşünürlər? 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bu gün baş tutacaq Moskva görüşünə dair fikirlərini Modern.az-la bölüşüb.

 

O, üç ölkə liderinin danışıqlar aparmasının sülh quruculuğu istiqamətində faydalı olacağını bildirib. Rusiyalı ekspert, həmçinin vurğulayıb ki, Ermənistanın Baş naziri sülh sazişini imzalamağa hazırdır, lakin xalqın etirazından çəkinir:

 

“Paşinyan sülh danışıqlarında daha çox güzəştə gedir. Belə məqamda Moskva görüşünün faydası olacaq. Paşinyanın son çıxışları göstərir ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Amma Paşinyan Ermənistanda müxalifətin reaksiyasından, xalqın ayağa qalxmasından qorxur. Onun son çıxışından sonra Ermənistanda narazılıq başlayıb, insanlar etiraz edir. Paşinyanın hazırda edə biləcəyi şey geri addım atmamasıdır. Buna ciddi nəzarət olunmalıdır. Məncə, bu məsələ Rusiya vasitəsilə tənzimlənə bilər”.

 

 

Anton Bredix bu gün Moskvada sülh müqaviləsinin imzalanması haqda iddiaları yalanlayıb. Hazırda bunun aktual olmadığını diqqətə çatdırıb:

 

“Bu gün sülh müqaviləsinin bağlanması gözlənilməsə də, müyyən addımlar atıla bilər. Bununla bərabər tərəflər arasında razılaşma haqda sənədin imzalanması ehtimalı böyükdür”.   

 

Qeyd edək ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir. 

Mənbə

Share: