ABŞ Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini açıqlayıb

ABŞ Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini açıqlayıb

Bir çox ölkələr Ukraynaya dəstəyi zəiflədib və Rusiya ilə biznes əlaqələrini bərpa etməyə ümid edirlər.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə Avropa İttifaqı Ukrayna tərəfini zəif dəstəkləyir.

Onlar Kiyevə az-az silah verirlər.

Bildirilib ki, bir çox Qərb siyasi liderləri, o cümlədən ABŞ-də olanlar münaqişənin genişlənməsindən və Rusiyanın nüvə silahından istifadə etməsindən qorxurlar.

“Ukraynanın müstəqilliyini sözlə təşviq etsələr belə, onların ümumi məqsədi Moskvanı daha geniş və daha dağıdıcı münaqişəyə sövq etmək deyil”, – deyə vurğulanıb.

Mənbə

Share: