ABŞ İranın cənub-şərqində yerləşən Bampur qarnizonuna raket zərbələri endirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Məlumata görə, ABŞ ordusu qarnizonun obyektlərinə 13 raket zərbəsi endirib. Hücum nəticəsində 7 hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb.
İran ordusu İranşəhr şəhərində yerləşən Bampur qarnizonuna hücumu “qorxaq təcavüz” adlandıraraq, buna cavab veriləcəyini bəyan edib.


