ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb.
Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:
– HIMARS raket sistemləri üçün sursatlar
– 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi
– “Javelin” tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket
– 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi
– NASAMS zenit-raket kompleksləri üçün sursatlar
– 50 ədəd tibbi zirehli maşın
– Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular
– Tibbi avadanlıqlar və s.
Akif İsmayılov