“ABŞ Ukraynaya yeni növ hərbi texnika tədarükünü müzakirə edir”

 Ağ evdə Ukraynaya yeni növ hərbi texnika verilməsi barədə müzakirələr aparılır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

 

Amerika administrasiyası məmurları Ukraynaya “Bredli” PDM M-2 verilməsini müzakirə edir. 

 

Bu döyüş maşını 1981-ci il silahlanmaya qəbul edilib. Cəmi 50 il ərzində bu texnikadan təxminən 10 min vahid istehsal edilib. .

 

M-2-nin ekipajı 3 nəfərdən ibarətdir, daha 6 piyadanı desant bölməsində daşımaq olar.

 

Nəşrin mənbəsi məlumat verib ki, bu məsələ barəsində son qərar hələ qəbul edilməyib. Ona görə də yeni texnikanın tədarükünün mümkün müddətləri barədə danışmaq hələ tezdir.

 

Jurnalistlər bu addımın səmərəliliyi ilə maraqlanıb. Pentaqonun sabiq analitiki Mark Kançian hesab edir ki, bu PDM-in tədarükü Ukrayna ordusuna kömək edəcək:

 

“Bredli” yerüstü qoşunların döyüş qabiliyyətini xeyli artıracaq, çünki bu, mahiyyət etibarilə yüngül tank deməkdir”.

 

Bundan başqa, əvvəllər Ukraynaya tədarük edilən PDM M-113-dən fərqli olaraq, M-2 25 mm-lik top və tankəleyhinə “Toy” raketləri ilə təchiz edilib. 

 

Kançian həmçinin qeyd edib ki, ABŞ-da anbarlarda belə maşınlar çoxdur, ona görə də onların hazırlanmasını gözləmək lazım gəlməyəcək.

 

Bununla yansaşı, Ukrayna Silahlı Qüvvələri bu texnikanı mənimsəməlidir. Bu proses bir neçə ay çəkəcək. 

 

Nəşri digər həmsöhbəti, istefada olan general Devid Perkins hesab edir ki, “Bredli” USQ-nin hazırda sərəncamında olanlardan daha yaxşı PDM-dir.

 

Kiçik Corc Buş administrasiyasında bəzi təhlükəsizlik məsələlərinə kuratorluq edən Maykl Allen qeyd edib ki, Ukraynaya PDM M-2 tədarükü mühüm əhəmiyyət kəsb edəcək. 

 

O, öz fikrini belə izah edib:

“Bir çox ekspertlər hesab

edir ki, döyüş

əməliyyatları Xarkov deyil,

Xerson ssenarisi ilə

gedəcək. Onlar daha çətin

və bir neçə mərhələdən

ibarət olacaq”.

 

Ağ evin sabiq məmuru hesab edir ki, PDM M-2 belə toqquşmalarda faydalıdır.

 

“Bredli” sürətlidir və yaxşı manevr edir. O, bizim praktiki, yəni ukraynalılara müharibənin sonunu yaxınlaşdıran silah vermək kimi praktiki məqsədlərimizə uyğundur”, – Allen deyib.

 

Ukrayna daimi olaraq Vaşinqtonla təmasdadır. Tərəflər o cümlədən silah və döyüş sursatları tədarükünü müzakirə edir. 

 

Kiyev müttəfiqlərindən tanklar, uzaq mənzilli raketlər, zirehli texnika və HHM sistemlərini xahiş edir.

Mənbə

Share: