Minik avtomobili işıq dirəyinə çırpıldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

VAZ-2106 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

 

Nəticədə beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Xəsarət alanlar Şəmkir rayon sakinləri 1990-cı il təvəllüdlü Əfsanə Huseynova, 2012-ci il təvəllüdlü Səma Sadıqova, yaşlı qadın Səkinə İsgəndərova və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

(Apa)

Mənbə

Share: