Afrikanın ən yaxşı gənc futbolçusu

Afrika Futbol Konfederasiyası qitənin ən yaxşı gənc futbolçusunun adını açıqlayıb.

Qol.az xəbər verir ki, Dortmund “Borussiya”sında çıxış edən Əşrəf Hakimi bu ada layiq görülüb.

Müqavilə ilə “Real”a məxsus olan 21 yaşlı mərakeşli futbolçu “Vilyareal”ın nigeriyalı yarımmüdafiəçisi Samuel Çukvueze və “Lill”in nigeriyalı hücumçusu Viktor Osimxeni qabaqlayıb.

Share: