Ağ Ev Ukraynanın hücuma keçəcəyi tarixi açıqladı

 

Bayden administrasiyası Ukraynanın daha ağır silahlara malik olsa belə, fevralın 24-dən bəri itirdiyi bütün əraziləri geri ala biləcəyinə şübhə edir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ müharibəni tez bir zamanda dayandırmaq üçün Ukraynaya təzyiq göstərməyə və onu ərazi güzəştlərinə məcbur etməyəcək:

“Bu ilin sonunda Ukrayna qüvvələri əks hücuma keçə və ərazinin böyük hissələrini geri ala biləcək. Amma bütün ərazilərin tam azad olunması şübhə doğurur. Ukraynanın ərazilərini tam şəkildə geriyə qaytarıb-qaytarmayacağı dəstəyimizin həcmindən də asılıdır. ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ukraynalı həmkarları ilə daima ünsiyyətdədir”.

 

Share: