Taktiki nüvə zərbəsi endirə bilərik

 

 

Hazırda NATO Rumıniya və Bolqarıstana 152 kalibr mərmilər istehsal etmək və onları Kiyevə göndərmək barədə göstəriş verib ki, Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin artilleriya qurğularına müqavimət göstərə bilsin.

Milletin Sesi.az xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalının efirində Rusiya Dövlət Dumasının deputatı, Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Andrey Qurulev bölüşüb.

“Moskva NATO-nun Ukraynaya verdiyi müasir silahlara diqqət yetirməlidir. Xüsusilə, uzaqmənzilli HİMARS raket sistemlərinə. İndi Rusiya tərəfi Ukrayna ərazisində bu silahların yerləşdiyi nöqtələri müəyyən edir”, – general bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada strateji hərbi məqsədlər üçün taktiki nüvə silahı ilə zərbələr endirə bilər.

“Bu tamhüquqlu bir nüvə zərbəsi deyil, amma təsiri var. 4 kilotonluq 152-lik artilleriya mərmi nüvə avadanlığı təxminən 2 kvadrat kilometr ərazini yerlə-yeksan edir. Zərbə havadan, yəni qırıcıdan atılarsa, ətraf mühitə minimum zərər veriləcəkdir. Rusiyada isə taktiki nüvə silahının sayı 200-dən çoxdur və onların hamısı tam döyüş qabiliyyətindədir. Amerika kəşfiyyatı indi bildirir ki, Rusiyanın nüvə silahlarının hərəkətini izləyir. ABŞ 152 çaplı nüvə silahının hərəkətini heç vaxt izləyə bilməz”, – deyə Qurulev bildirib.

Share: