“Ağdam-Əsgəran-Xocalı-Şuşa yolunu vaxtında açsaydınız, dükan-bazarınız boş qalmazdı…”

Azərbaycan Respublikası Xocalı rayonunun hayların “Əsgəran rayonu” adlandırdıqları və müvəqqəti Rusiya “sülhməramlı”larının  nəzarətində qalan hissəsindəki yaşayış məntəqələrində, o cümlədən Əsgəran şəhərində olan mağazalarda zəruri  ərzaq məhsulları tükənib. 

 

Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın NEWS.am nəşrinin müxbirinə müsahibəsində  qondarma “Əsgəran rayonu”nun inzibati rəhbəri Hamlet Apresyan danışıb.

“İnsanların Yeni il əhval-ruhiyyəsi yoxdur, amma panika da yoxdur, vəziyyəti başa düşürük və dözürük. Demək olar ki, bütün mağazalarda zəruri məhsullar tükənir, yalnız şirniyyatlar, spirt, şirələr və bəzi məişət əşyaları qalır. Amma nə yaxşı ki, insanların öz anbarlarda konservləri, ərzaqları var” -deyə separatçı məmur bildirib.

 

Zəruri şərh:

Yuxarı Qarabağdakı, o cümlədən Əsgərandakı hayların başına vərəqələr töküb anlatmaq lazımdır ki, bu günə qalmağınızda birinci günahkar özünüzə lider hesab etdiyiniz  qatı millətçi, irqçi, nasist, separatçı, işğalçı xislətli Balayan, Köçəryan, Sərkisyan, Saakyan, Balasanyan, Arutyunyan, Vardanyanlar, ikincisi də onları idarə edən Rusiya imperiyası, bir az da Fransa kimi bəzi Qərb ölkələridır. Əgər fitvalara uyub Azərbaycana qarşı son 30-35 ilin faciəvi olaylarını törətməsəydiniz, yaxud heç olmasa, ziyanın sonundan qayıdıb  44 günlük savaşdan sonrakı dövrdə Azərbaycanın, Türkiyənin sülh çağırışlarını dinləyərək  biz Laçın yolunu açdığımız kimi, siz də Zəngəzur dəhlizi ilə yanaşı, Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə-Kəlbəcər yolunun tam açılmasına və ümumiyyətlə, Azərbaycan dövlətinin bütün Yuxarı Qarabağda yurisdiksiyasının bərpasına şərait yaratsaydınız, hazırda dükanlarınız, bazarlarınız indiki kimi boş qalmaz, bəlkə də Azərbaycanın digər bir sıra rayonlarından da firavan yaşayardınız…

 

Sultan Laçın

 

 

 

Mənbə

Share: