Ölən rus hərbçilərin ailələrinə 5 milyon rubl veriləcək 

Ukraynada gedən müharibədə ölən rus əsgərlərin ailələrinə  5 milyon rubl (təxminən 71,5 min dollar) birdəfəlik ödəmə veriləcək

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar imzalayıb.

 

Qərara əsasən, vəsait Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının hərbçilərinin ailələrinə veriləcək.

 

Hərbçilərə xəsarət, travma və ya şok halında 3 milyon rubl (təxminən 42 min 900 dollar) ödəniləcək.

 

Akif İsmayılov 

Mənbə

Share: