“Özünüzdən utanmayın, əksinə, probleminizi etiraf etdiyinizə görə qürur duyun…”

“Ayıq həyatımın 47 ilini qeyd edirəm…”

 

“Mən özümü hələ də sağalmaqda olan alkoqolik hesab edirəm…”

 

“47 il öncə mən tam məyusluq içində, ölüm həddində olmuşam, amma özümdə güc taparaq yardım üçün müraciət etmişəm…”

 

Entoni Xopkins alkoqolizm üzərində qələbəsindən danışıb

 

 

Britaniyalı aktyor Entoni Xopkins öz pərəstişkarlarına ənənəvi Yeni il müraciətilə çıxış edib.

 

Öz çıxışında iki dəfə “Oskar”mükafatı laureatı etiraf edib ki, o, 47 ildir alkoqol qəbul etmir, indiyədək özünü “sağalmaqda olan alkoqolik” hesab edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “People” nəşri yazıb.

 

Dekabrın 31-də Britaniya kinematoqrafın əfsanəsi Entoni Xopkinsin 85 yaşı tamam olur.

 

Öz doğum günündə o, pərəstişkarlarına ənənəvi videomüraciətində özünün alkoqol asılılığı ilə 47 illik mübarizəsindən danışıb.

 

“Quzuların susqunluğu” əsərinin ulduzu etiraf edib ki, bu qədər uzun müddət ayrılıqdan sonra da özünü “sağalmaqda olan alkoqolik” hesab edir.

 

“Mən alkoqoldan çoxdan qurtarmışam, mən bilirəm ki, mənim kimi bu bəla ilə mübarizə aparan insanlar var.

 

Özünüzə qarşı xeyirxah olun, sizi təhqir edən toksiki insanlardan uzaq olun. Öz həyatınızı yaşayın və necə yaşamağınızla qürur duyun”, – aktyor deyib.

 

Entoni Xopkinsin sözlərinə görə, 47 il öncə o, özü “məyusluq içində” olub, ona elə gəlib ki, “cıxılmaz durumdadır”. 

 

Hansısa bir məqamda o, hətta əmin olub ki, ömrünə az qalıb, amma özündə güc taparaq yardım üçün müraciət edib.

 

“47 il öncə mən tam məyusluq içində, ölüm həddində olmuşam, sonrdan etiraf etmişəm ki, mənimlə nəsə baş verir. 

 

Mən bilirəm ki, bunu etiraf etmək başucalığı gətirmir, amma bunu etiraf etmək lazımdır.

 

Sizin alkoqoldan asılılığınızı ələ salanları boş verin. Özünüzdən utanmayın, əksinə, öz probleminizi etiraf etdiyinizə görə qürur duyun!

 

Nə zamansa mən etdiyim kimi, yardım üçün müraciət edim və siz həyatınızın necə dəyişəcəyini hətta təsəvvür belə etmirsiniz”, – Xopkins məsləhət görüb.

 

Müraciətinin sonunda Entoni Xopkins alkoqol asılılığı ilə üzləşənlərə alkoqolizmin müalicəsi üzrə xüsusi “12 addım” proqramını keçməyə çağırış edib.

 

Aktyorun özü bugünədək anonim alkoqoliklər klubunun üzvü olduğunu gizlətmir.

Mənbə

Share: