“Burada iştirak etmək gözəldir. Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Daha əvvəl 2 dəfə Bakıda olduğumuz üçün xoşbəxtik. Bu cür böyük tədbirə bizi də dəvət etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk”.
Milletinsesi.az-ın Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Albaniya nümayəndə heyətinin rəhbəri Luna Met Hasani İslamiada çərçivəsində keçirilən “Azərbaycan günü” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Atletlər Kəndinə çatan kimi Azərbaycanın idmana qoyduğu sərmayənin nə qədər böyük olduğunu, nümayəndə heyətinin qaldığı binanın möhtəşəmliyinin şahidi olublar: “Azərbaycan komandası hər yerdə asanlıqla seçilir. İdmançılarınız hər zaman fəxri kürsüdə olur. Buna görə Azərbaycanı ayrıca təbik edirəm. Böyük işlər görürsünüz. Hamı sizin ölkədə idmana göstərilən qayğıdan, ayrılan vəsaitdən danışır”.
Qeyd edək ki, Azərbaycan İslamiadada 275 idmançı ilə təmsil olunur.