Almaniya Bundestaqında deputatların sayı 106 nəfər azaldıla bilər

Almaniya Bundestaqına deputatların sayının 736-dan 630-a endirilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.

Bu barədə “Politico” məlumat yayıb.

Yaşıllar Partiyasından olan deputat Till Şteffen qeyd edib ki, qanun layihəsinin məqsədi parlamentin “bacarıqlarını” qorumaqdır, çünki dəyişiklik olmadığı halda Bundestaq böyüməyə davam edəcək.

Nəşrdə qeyd edilir ki, Almaniya parlamenti uzun illərdir ölkənin mürəkkəb səsvermə sistemi sayəsində böyüyür. 299 deputat öz dairələrində birinci yeri tutaraq mandat əldə edir, daha 299 deputat Almaniyanın 16 federal torpağında partiya siyahıları üzrə səsvermə nəticəsində parlamentə daxil olur.

İkinci səsvermənin nəticələrinə görə, Bundestaqda müxtəlif partiyalardan olan deputatların sayına nisbət müəyyənləşir, lakin dairələr üzrə səsvermə zamanı bu nisbət pozulduğuna görə onu bərpa etmək üçün parlamentə əlavə deputatlar gedir.

Qanun layihəsi bu sistemin dəyişdirilməsini, yəni partiya siyahıları üzrə daha az səs toplayacağı halda, dairələrdə qalib gələn namizədlərin heç də hamısının mandat almamasını özündə ehtiva edir.

Mənbə

Share: