Tehran metrosunda 100 kiloqram partlayıcı aşkar edildi

Tehranın metro stansiyalarından birində partlatıcı maddə daşıyan şəxslər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “İsna” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, saxlanılan 5 nəfərin üzərində 100 kiloqram partlayıcı maddə aşkar edilib. “Molavi” stansiyasında saxlanılan şəxslər partlayıcı maddəni şəhərdəki alıcılardan birinə çatdırmağı planlaşdırıb. 

 

Saxlanılan şəxslər barəsində cinayət işi açılacağı bildirilir.

Mənbə

Share: